Tətbiq haqqında
Bu tətbiq say sistemləri ilə işləmək üçün nəzərdə tutulmuşdur. Əgər siz tələbə, proqramçı və ya sadəcə ədədlər dünyasına maraq göstərən kimsəsinizsə — bu tətbiq sizin üçün faydalı bələdçi ola bilər. Tətbiq vasitəsilə müxtəlif say sistemləri haqqında bilik əldə edə, hesablamalar apara və lazımi çevirmələri yerinə yetirə bilərsiniz.
Çevirici
Bu bölmə vasitəsilə siz 2-dən 36-ya qədər istənilən say sistemindən digərinə ədədləri asan və dəqiq çevirə bilərsiniz. Yalnız tam ədədlər deyil, həm də kəsrlər və mənfi qiymətlər dəstəklənir. Çevirmə prosesi yalnız nəticə vermir, hər bir addımı aydın şəkildə izah edir və bu, prosesin məntiqini öyrənməyə imkan yaradır. Nəticələr dəqiq və etibarlıdır; onları təhsil, proqramlaşdırma, riyaziyyat və gündəlik hesablama işlərində istifadə edə bilərsiniz. Rahat interfeys və izahatlar vasitəsilə siz mürəkkəb çevirmələri əzbərləmək əvəzinə, onları real vaxt rejimində başa düşüb tətbiq edə bilərsiniz.
Kalkulyator
Bu bölmə adi standart kalkulyatorun bütün imkanlarını təqdim edir, lakin bir fərqlə: siz 2-dən 36-ya qədər istənilən say sistemini seçə bilərsiniz. Bütün arifmetik əməllər — toplama, çıxma, vurma, bölmə və digər hesablamalar — seçilmiş say sistemində yerinə yetirilir. Bu sizə nəticə almaqla yanaşı, həmin say sistemində hesablama məntiqini praktikada görmək imkanı verir. Kalkulyator tam, kəsr və mənfi ədədləri dəstəkləyir.
Məqalələr
Məqalələr bölməsində say sistemlərinə aid müxtəlif mövzuları oxuya bilərsiniz. Burada tarixi məlumatlardan tutmuş müasir proqramlaşdırmadakı istifadəsinədək maraqlı məqalələr toplanmışdır. Hər bir məqalə sadə, anlaşıqlı və praktik nümunələrlə zənginləşdirilmişdir. Yeni məqalələr mütəmadi olaraq əlavə olunur.
Paylaşın
Tətbiqi faydalı hesab edirsinizsə, onu başqaları ilə də paylaşın. Bu tətbiq vasitəsilə nəinki siz, həm də ətrafınızdakı dostlar, kurs yoldaşları və həmkarlar say sistemlərini öyrənə, biliklərini artıra bilərlər. Tətbiq sadə interfeys və aydın izahatlarla mürəkkəb mövzunu anlaşıqlı şəkildə çatdırır. Xüsusilə tələbələr üçün yaxşı əlavə mənbə, proqramçılar üçün isə faydalı vasitədir. Hesablama, çevirmə, öyrənmə və kod yazma — hamısı bir yerdə: say sistemlərinə aid bütün biliklər bir tətbiqdə toplanmışdır.
Bizimlə əlaqə
- Sual və ya təklifiniz var?
- Tətbiqə əlavə təklifiniz varsa və ya tətbiqdə bir şeyi anlaşılmaz hesab edirsiniz?
- Hansısa mövzuda məqalə əlavə etmək istəyirsiniz və ya əlavə olunmasını zəruri hesab edirsiniz?
- Etiraz və ya şikayətiniz var?
- Tətbiqin işləməsində və ya məzmununda səhv və ya anlaşılmazlıq varsa
- Tətbiqlə bağlı və tətbiqdən kənar suallar üçün də